Bizə sualınız var? (+99450) 500 71 41

Rafiq Vəliyev


Strateji marketinq və satış

İxtisası

  • Strateji marketinq və satış

Hazırkı iş yeri

  • Gilan Holdinq FMCG Portfeli Strateji Marketinq Departamenti Rəhbəri

Rafiq Vəliyev

Azərbaycan Dövlət İqtisad Universitetini Marketinq (bakalavr və magistr) və Anadolu Universitetini PR ixtisası üzrə bitirib. Hazırda ADİU-da dissertantdır.
Marketinq sahəsində 10 ildən artıq iş təcrübəsi var. Daha öncə İdeal parfum və kosmetika mağazaları şəbəkəsində marketinq departamentinə 7 il rəhbərlik etmişdir. Hal-hazırda Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Departamenti Rəhbəridir.
Parallel olaraq bir çox şirkətlər üçün marketinq konsultasiya və kreativ konsept hazırlanmasını həyata keçirir.

Azərbaycanda ilk online marketinq portalı olan www.facemark.az -ın təsisçisi, Marketinq AIR təlimlərinin və FMR TV – onlayn marketinq televiziyasının həmtəsisçisidir.

Eyni zamanda illik olaraq keçirilən Milli Marketinq Forumu (MMF), Digital Marketing Conference (DMC), Satış Forumu, Maliyyə və İnvestisiya Forumunun(FİF) həmtəsisçisidir.

“Bu günün marketinqi 1” (Bakı-2015), “Bugünün Marketinqi 2” (Bakı 2016) və “Böhrandan Yeni Dövrana” kitabının müəllifidir