Bizə sualınız var? (+99450) 500 71 41

Niyazi Abbasov


Maliyyə və Mühasibatlıq

İxtisası

  • Maliyyə və Mühasibatlıq

Hazırkı iş yeri

  • Gilan Holdinq FMCG Portfelinin Maliyyə Direktoru

Niyazi Abbasov

Niyazi Abbasov, 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Iqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir.

PricewaterhouseCoopers (PwC) beynəlxalq audit və konsaltinq şirkətində menecer vəzifəsində çalışmış və Rusiya ofisində beynəlxalq şirkətlərə konsultinq xidmətləri vermişdir. 4 ilə yaxın Modern Group Holdinqdə maliyyə departamentinin rəhbəri olmuş və maliyyə xidmətləri, pərakəndə, tikinti, tikinti və gündəlik istehlak məhsullarının istehsalı və satışı sahələrində maliyyə idarəetməsi üzrə çalışmışdır.

Bir neçə özəl şirkətdə maliyyə idarə olunması sahəsində konsultasiya xidmətləri aparmış, maliyyə auditləri həyata keçirmişdir. O, öz təcrübəsini keçirdiyi təlimlərdə, təqdimatlarda, form və sammitlərdə paylaşmışdır.

Niyazi Abbasov 4 ilə yaxındır ki Xəzər Universitetinin MBA proramında mühazirələr verir və bir neçə beynəlxalq təlim proqramlarında məruzəçi olmuşdur.

Niyazi Abbasov hal-hazırda ölkənin ən böyük şirkətlərindən biri olan Gilan Holding FMCG Portfelinin Maliyyə Departamentinin Rəhbəri vəzifəsində çalışır.

Azərbaycan Auditorlar Palatasının uzun illər lisenziyalı üzvü olmuşdur.

Böyük Britaniyanın sertifikatlaşmış mühasiblər assosiyasiyasının (ACCA) qualifikasiyalı üzvüdür. İNSEAD biznes məktəbinin (Fransa) proqram məzunudur.