Bizə sualınız var? (+99450) 500 71 41

Qeyri Maliyyəçilər üçün Maliyyə

Təlim Haqqında

Bu təlimdə iştirakçılar şirkətlərin mühasibatlıq və maliyyə funksiyasının işi ilə yaxından məlumat alacaq, maliyyə hesabatlarının hazırlanması və maliyyə büdcəsinin tərtib edilməsi, maliyyə vəziyyətinin təhlili, mənfəət və zərər hesabatının analizi, nəğd vəsaitlərin hərəkətinə dair hesabatın hazırlanması və təhlili prosesinə dair geniş nəzəri və praktik biliklər əldə edəcəklər.

Müəssisədə dövriyyə vəsaitlərinin idarəedilməsi və otimallaşdırılması haqqında praktik misalları müzakirə edəcəklər.

Şirkətlərin maliyyələşmə strateqiyaları və şirkətə investisiya partnyorlarının cəlb edilməsi və maliyyə risklərinin idarəedilməsi haqda nəzəri və praktik biliklər əldə edəcəklər.

Təlim kimlər üçündür?

Biznesin strukturlarında satış, marketinq, kadrların idarəedilməsi, biznesin inkişafı və s. qeyri maliyyə sahələrində çalışan mütəxəssislər, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

Təlimçi

Niyazi Abbasov, ACCA

Təlim metodoloqiyası və materialları ən qabaqcıl biznes məktəblərinin təlim materialları əsasında hazırlanıb və yerli situasiyaya uyğunlaşdırılıb.

Təlimi müvəffəqiyyətlə bitirənlərə diplomlar təqdim ediləcək.

Tədrisin izahı: Azərbaycan dili
Tədris materiallar: Azərbaycan dili/İngilis dili
Müddəti: 16 saat (2ay)
Həftənin çərşənbə günləri saat 19:00 -21:15 dək
Qiymət: 250 AZN (aylıq)

 


Qeydiyyat Formu