Bizə sualınız var? (+99450) 500 71 41

Mini MBA Proqramı

Mini MBA proqramı nədir ?

Bu təlim proqramı qabaqcıl biznes məktəblərinin MBA proqramının qısaldılmış formatında qurulmuş starteji idarəetmə, marketinq və satış, maliyyə və mühasibatlıq, strateji insan resurslarının
idarəedilməsi mövzularını əhatə edən və praktiki mövzular üzərində qurulmuş təlimdir

 

Bu təlim proqramına qatılanlar 4 ay ərzində aşağıdakıları öyrənəcəklər:

Şirkətlər qurularkən hansı biznes modellerə və strategiyalara əsaslanır;
Rəqabətli və innovativ bazar mühitində ən son trendlərə əsaslanan strateji inkişaf formulaları nədir;
Şirkətin marketinq və satış strategiyaları bines strategiyası ilə necə uzlaşdırılmalıdır;
Müəssisələrin maliyyə analizi necə olmalıdır və maliyyə funksiyasının korporasiyaların strateji idarəetməsində rolu;
Şirkətdə mühasibatlıq və daxili nəzarət sistemi necə qurulmalıdır;
Kadrların effektiv idarəedilməsi necə təşkil olunmalıdır;
Şirkətlərdə performans idarəedilməsi necə qurulmalıdır;
Strateji idarəetmə və liderlik necə olmalıdır.

Proqram 4 moduldan ibarətdir:

Modul 1: Strateji idarəetmə və biznes strategiyalarıRəşad İsmayılov
Modul 2: Marketinq və SatışRafiq Vəliyev
Modul 3: Maaliyyə və mühasibatlıqNiyazi Abbasov
Modul 4: Strateji insan resursları idarəetməsiCoşqun İmanquliyev

Əlave olaraq Masterklass vermək üçün hər modulda 1 nəfər qonaq spiker dəvət olunacaq.

Bu proqram kimlər üçündür?

Biznesini inkişaf etdirmək istəyən sahibkarlar;
Korporativ sektorda çalışan bilik və bacarıqlarını inkişaf etdirib karyera pilləkənində rəhbər vəzifələrə yüksəlmək istəyənlər;
MBA diplomu əldə etməyə zamanı olmayan həm çalışıb, həm də təhsilini artırmaq istəyən dinamik insanlar;
Dünyada baş verən son biznes trendlərini izləyən və daha yaxşı anlamaq istəyən mütəxəssislər.

Təlimçilər kimdir ?

Təlimlər dünyanın top universitetlərində təhsil almış, ACCA üzvü, MBA statuslu, eləcə də ən yüksək reytinqli şirkətlərdə maliyyə, marketinq, HR, biznesin inkişafı sahəsində rəhbər və ya aparıcı vəzifələrdə çalışan və ən azı 10 illik peşəkar iş təcrübəsinə və uzun müddətli təlimçilik təcrübəsinə malik peşəkar təlimçilər tərəfindən aparılır.

Təlimi müvəffəqiyyətlə başa vuranlara təlimin rəsmi diplomu təqdim edilir.

Təlimdə iştirak etmək üçün minimum şərtlər:

– Bakalavr Təhsili

– 3 il iş təcrübəsi

Tədrisin izahı: Azərbaycan dili
Tədris materialları: Azərbaycan dili/İngilis dili
Müddəti: 64 saat (4 ay)
Həftənin 1-ci və 4-cü günləri saat 19:00-dan 21:00-dək
Qiymət: 250 AZN (aylıq)

“Mini MBA proqramında sizə qonaq təlimçi qismində Orxan Mammadov(Strateji İdarəetmə), Emin Ismaylov(Vergiqoyma) və Emin Vəliyev (Marketinq və satış) masterklass təlim verəcək”


Qeydiyyat Formu